Orxan Zeynallı Yenidən Varşavada
Tədbir Haqqında
42 Events olaraq böyük maraqla qarşılanan ilk konsertdən sonra, Azərbaycanın sevilən artisti Orxan Zeynallını ikinci dəfə Varşavaya gətiririk.
İlk tədbirimizdə 700-dən çox iştirakçı ilə möhtəşəm bir gecə yaşadıq. Bu dəfə isə 300 nəfərlik olmaqla, konsept daha fərqli, daha keyfiyyətli və eksklüzivdir.
Konsert Varşavanın ən lüks məkanlarından biri olan The One Warsaw klubunda baş tutacaq. Məkanın xüsusi strukturu sayəsində hər bir qonaq özünü möhtəşəm bir elit atmosferdə hiss edəcək.
Bu gecə sadəcə konsert gecəsi deyil — Polşada yaşayan azərbaycanlılar üçün nostalji anları və milli birlik hissini bir araya gətirən unudulmaz bir gecə olacaq.
DİQQƏT!
Biletlər ilə bağlı ətraflı məlumat aşağıda yerləşdirilmişdir. Zəhmət olmasa, axıra qədər oxuyun. Təşəkkürlər!
Bu konsertdə 4 növ bilet movcuddur - Standart (ayaqüstə), 1-ci mərtəbə masa(5 nəfərlik), 2-ci mərtəbə masa(4 nəfərlik), VIP - Panoram
Standart (Ayaqüstə) - Bu biletlər cəmi 200 nəfər üçün nəzərdə tutulub. Bu bilet ilə siz məkanın 1-ci mərtəbəsində "dance zone" adlanan hissədə ayaqüstə qalaraq konsertdə iştirak edə bilərsiniz. Qiymət 150 PLN təşkil edir. Standart biletlər hər kəs üçün nəzərdə tutulub və tək-tək bilet almaq mümkündür.
1-ci mərtəbə masa(5 nəfərlik) - Bu bilet sadəcə masa olaraq satılır. Oturacaq divan formasında olub, 5 nəfərin oturub rahat şəkildə səhnəni görməsi üçün nəzərdə tutulub. Amma istəsəniz 7 nəfərə qədər otura bilərsiniz. Siz bu bileti alaraq istər 1 nəfər istər 7 nəfər gəlib otura bilərsiniz. Biletin qiyməti 1500 PLN-dir, və tək-tək formada bölünərək fərqli insanlara satılmır. Qrup halında satılır. Tək alıb gəlib oturmaq istəyənlər varsa, 1500 PLN ödəyib gəlib tək otura bilər ;)
2-ci mərtəbə masa(4 nəfərlik) - Bu bilet sadəcə masa olaraq satılır. Masa 4 ədəd təkli oturacaq formasındadır və məkanın 2-ci mərtəbəsində balkon kənarında yerləşir.
Bu masalara siz qəlyan sifariş verə bilərsiniz. Amma 1-ci mərtəbədə qəlyan sifarişi mümkün deyil. (Qəlyan qiyməti biletə daxil deyil)
Bu mərtəbədə ayrıca BAR yerləşir. Biletin qiyməti 1200 PLN-dir, və tək-tək formada bölünərək fərqli insanlara satılmır. Qrup halında satılır. Tək alıb gəlib oturmaq istəyənlər varsa, 1200 PLN ödəyib gəlib tək otura bilər ;)VIP - Panoram - Bu biletlərdən 15 ədəd movcuddur. Bu biletlər sadəcə cütlüklər və ailələr üçün nəzərdə tutulub. Biletin 1 nəfər üçün qiyməti 500 PLN təşkil edir. VIP otaq səhnə ilə üzbəüz 2-ci mərtəbədə yerləşir və məkana Panoram seyr imkanı yaradır. Biletə "welcome drink" "eksklüziv meyvə servisi" "çərəz dəsti" daxildir.
Əziz dostlar, bilet müraciəti etdikdən sonra əməkdaşlarımız sizinlə 24 saat ərzində əlaqə saxlayıb, Sizi ödəniş məlumatları ilə təmin edəcək.
Ödəniş edib, təsdiqi əməkdaşa göndərdikdən sonra biletiniz e-poçt və ya whatsapp üzərindən sizə göndəriləcək.
Biletlər məhdud saydadır — Tədbir maksimum 300 nəfərlik eksklüziv formatda nəzərdə tutulub.
Tədbirin keçirilməsində baş sponsorluq və təşkilati dəstək Polşa Azərbaycanlıları Şurasına məxsusdur. Hər birinizə xoş anlarla dolu bir gecə arzulayırıq! Hörmətlə, 42 Events komandası ❤︎
Qalereya
Məkan Məlumatları
The One Warsaw
Mazowiecka 2/4, 00-048 Warsaw, Poland
Warszawa
Tutum: 400 nəfər